Aktrisa məşhurlarla qonşu oldu - foto
Özcan Dənizin 2 yaşlı oğluna təklif gəldi
Aktrisa filmə baxarkən ağlayır
Aktrisa təəccübləndirici addım atdı

Facebook instagram Twitter Youtube
ARTNEWS

ƏSA Teatrı 4-cü mövsümünü açdı - foto

31-10-2019


Əlilliyi olan və olmayan aktyorlardan ibarət ilk inklüziv teatr - ƏSA Teatrı 4-cü mövsümünün ilk tamaşa premyerasını reallaşdırıb.

Mtv.az xəbər verir ki, “Paris partladı” tamaşası modern dünya teatrının trendlərini özündə əks etdirir.

Görkəmli mütəfəkkir Mirzə Fətəli Axundzadənin “Hekayəti Müsyö Jordan və Dərviş Məstəli Şah” pyesinin motivləri əsasında quruluş verilən “Paris partladı” tamaşasının təqdimatı Akademik Rus Dram Teatrının səhnəsində gerçəkləşib. Tamaşaçılar premyerada M.F.Axundzadənin ənənəvi yaradıcılığının məhsulunu yox, yeni üslubda quruluş verilən tamaşanı izləyiblər.

Quruluşçu rejissoru Elşən Əsgərov olan səhnə əsərində rolları aktyorlar İmran Lalayev, Səmayə Ağayarova, Könül Şahbazova, Elvin Mirzəyev, Niyaz İlyasoğlu, Elsevər Rəhimov, Rafael Şahbəyli, Fərid Əliyev, Günay Məmmədova, Bəhram Rəhimli və Cəmilə Məmmədli canlandırıb.

Aktyorların məharətli çıxışı səhnə əsərinin baxımlı dib, tamaşa maraqla qarşılanıb.







109 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
24 Yanvar












23 Yanvar