Aktyor reklam qiymətlərini artırıb
Şilo yeni imici ilə seçilib - foto
Hollivud ulduzu karyerasını bitirir
Model ilə reper yenidən ayrılıb

Facebook instagram Twitter Youtube
ARTNEWS

“Bremen musiqiçiləri” təqdim olundu

30-11--0001


Gənc Tamaşaçılar Teatrında Y.Etin və V.Livanovun “Bremen musiqiçiləri” pyesi əsasında hazırlanan eyniadlı tamaşa rusdilli tamaşaçılara təqdim edilib.

Mtv.az xəbər verir ki, Quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov olan səhnə əsərində rəsmlərin quruluşu Telman Şıxıyevə, musiqi tərtibatı isə İradə Muradovaya məxsusdur.

Rejissoru Gülnar Hacıyeva olan tamaşada rolları aktyorlar Anar Seyfullayev, Aygün Fətullayeva, Elşən Şıxəliyev, Bəhram Həsənov, Xaliq Bəkirov, Eyvaz İbrahimov və başqaları ifa edib.

“Bremen musiqiçiləri” iki gəncin saf sevgisindən bəhs edən həzin bir nağıldır. Ən fərqli nəsillərin maraq göstərdiyi bu əsər həqiqətən saf duyğular, isti hisslər yaradır.

Aktyorların məharətli çıxışı səhnə əsərinin baxımlı edib, tamaşa maraqla qarşılanıb.

505 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti