İfaçı 123 kiloqram arıqladı - foto
Fatimə üzüyünü və sırğasını göstərdi - foto
Pop müğənnisi mobil telefondan istifadə etmir
Teymur Əmrah həmkarına irad bildirdi

Facebook instagram Twitter Youtube
ARTNEWS

“Şəhrizad” baleti Bakıda nümayiş olunacaq

08-10-2019


Oktyabrın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli rus bəstəkarı Nikolay Rimski-Korsakovun musiqisi əsasında səhnələşdirilmiş “Şəhrizad” baleti nümayiş ediləcək.

Mtv.az xəbər verir ki, müəllifi məşhur xoreoqraf Mixail Fokin olan səhnə əsərində əsas partiya - Zübeydə rolunu ilk dəfə balet truppasının aparıcı solisti, Əməkdar artist Cəmilə Kərimova ifa edəcək. Səhnə əsərində, həmçinin Əməkdar artist Makar Ferştandt, solistlər Timur Oduşev, Dilarə Mehdiyeva, Dinara Şirinova və başqaları çıxış edəcəklər.

Səhnə əsəri bəstəkarın 1888-ci ildə yazdığı eyniadlı simfonik süitası əsasında tamaşaya qoyulub.

Balet Xalq artisti, professor Yalçın Adıgözəlov tərəfindən idarə olunacaq.

77 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Noyabr






































17 Noyabr