Xuraman Şuşalı fotovideo paylaşdı
Aktrisa 22 yaş böyük sevgilisi ilə evlənir
Əməkdar artist 22 il əvvəl - foto
Müğənni təcavüzə uğradı

Facebook instagram Twitter Youtube
ARTNEWS

“Ağ bığlılar” alqışlarla qarşılandı

25-09-2019


Azərbaycan Dövlət Pantomima Teatrında Nurlan Rüstəmovun müəllifi olduğu “Ağ bığlılar” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş etdirilib.

Mtv.az xəbər verir ki, Əməkdar artist Bəhruz Əhmədlinin quruluşunda izlənilən səhnə əsərində iki süpürgəçinin iş prosesində başlarına gələn komik və həm də kədərli əhvalatlardan danışılır.

Həmçinin tamaşa süpürgəçilərin düşdükləri çıxılmaz situasiyalardan, hərəsinin özünəməxsus davranışlarından, hadisəyə verdikləri reaksiyalardan və möhkəm dostluq tellərindən bəhs edir.

Tamaşanın müəllifi və musiqi tərtibatçısı Nurlan Rüstəmovdur.

Tamaşada rolları Əməkdar artist Bəhruz Əhmədli, aktyorlar Nurlan Rüstəmov, Solmaz Bədəlova, Rafael Şahbəyli, Elmin Qiyaslı ifa edəcək. Aktyorların peşəkar çıxışı səhnə əsərini baxımlı edib, tamaşa maraqla qarşılanıb.

45 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
20 Oktyabr




















19 Oktyabr