Seda Sayan hamını təəccübləndirdi
Cütlük yenə ayrıldı
Model toyunu təxirə saldı
Azad Şabanovun evi vaxtilə yanıb

Facebook instagram Twitter Youtube
ARTNEWS

“Nəsimi” baleti nümayiş olundu

24-09-2019


Sentyabrın 23-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Nəsimi” baleti nümayiş olunub.

Mtv.az xəbər verir ki, baletdə görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun musiqisindən istifadə olunub.

Səhnə əsəri böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin həyatından bəhs edir. Tamaşanın quruluşçu baletmeysteri Opera və Balet Teatrı balet truppasının bədii rəhbəri, Xalq artisti mükafatları laureatı Kamilla Hüseynova, libretto müəllifi Əjdər Ulduz, musiqi rəhbəri və dirijoru Azərbaycanın Xalq artisti, professor Yalçın Adıgözəlov, quruluşçu rəssamı Azərbaycanın Əməkdar rəssamı Nüsrət Hacıyev, kostyumlar üzrə rəssam Xalq rəssamı, Dövlət mükafatı laureatı Rafiz İsmayılovdur.

Səhnə əsərində teatrın balet truppasının aparıcı solistləri - Anar Mikayılov (şair Nəsimi), Əməkdar artistlər Nigar İbrahimova (Nəsiminin həyat yoldaşı), Samir Səmədov (Nəimi), həmçinin İslam Məmmədov (gənc Nəsimi) və Dinara Şirinova (Nəsiminin qızı) çıxış ediblər.

270 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
29 May






















28 May