Xuraman Şuşalı fotovideo paylaşdı
Aktrisa 22 yaş böyük sevgilisi ilə evlənir
Əməkdar artist 22 il əvvəl - foto
Müğənni təcavüzə uğradı

Facebook instagram Twitter Youtube
ARTNEWS

Milli Dram Teatrı mövsümü “Qarabağnamə” ilə açdı

23-09-2019


Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yeni teatr mövsümünü “Qarabağnamə” tamaşası ilə açıq elan edib.

Mtv.az xəbər verir ki, Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.

Açılışdan öncə teatrın bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov çıxış edərək rəhbəri olduğu sənət ocağının uğurlarından və gələcək planlardan söz açıb. Deyib ki, teatr ənənəvi olaraq hər il mövsümü “Qarabağnamə” ilə açıq elan edir: “Bu tamaşada izim tariximiz öz əksini tapıb, ona görə də tarixi öyrənmək hər kəs üçün vacibdir. Ümid edirik ki, doğma Qarabağımız tezliklə işğaldan azad olunacaq və bu tamaşa oradakı teatrlarda səhnəyə qoyulacaq”.

Dövlət başçısının Azərbaycan mədəniyyəti və incəsənətinə göstərdiyi diqqət və qayğıdan danışan sənət ocağının rəhbəri vurğulayıb ki, oktyabrda Akademik Milli Dram Teatrının 100 illiyi qeyd ediləcək. A.P.Nemətov kollektivi yeni mövsümün başlanması münasibətilə təbrik edib, yeni-yeni nailiyyətlər arzulayıb.

Sonra tamaşa nümayiş olunub.

Tamaşada rolları Xalq artistləri Firəngiz Mütəllimova, Rafiq Əzimov, Səidə Quliyeva, Hacı İsmayılov, Əjdər Həmidov, Sabir Məmmədov, Ramiz Məlik, Ramiz Novruz, Əməkdar artistlər Kazım Abdullayev, Elxan Quliyev, Əli Nurzadə, Məsmə Aslanqızı, Rövşən Kərimduxt, Kazım Həsənquliyev, Aslan Şirin, Mirzə Ağabəyli, Pərviz Bağırov, Elşən Cəbrayılov, Anar Heybətov, aktyorlar Əminə Babayeva, Şəhla Əliqızı, Rəşad Bəxtiyarov, Elnar Qarayev, Ləman İmanova, Elnur Qədirov, Rada Nəsibova ifa edib.

Səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir.

O dövrdə xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.

58 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
20 Oktyabr




















19 Oktyabr