"Damla qeyri-peşəkardır" - Əməkdar artist
Aşıq Samirə keçmiş ərini hələ də sevir
Aktrisa “Ferhat ile Şirin”də rol alacaq
Aysel iddialara cavab verdi

Facebook instagram Twitter Youtube
ARTNEWS

Opera və Balet Teatrı yeni mövsümü açdı

20-09-2019


Sentyabrın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı mövsümü Ü. Hacıbəylinin “Koroğlu” üçpərdəli operası ilə açıb.

Mtv.az xəbər verir ki, Ü. Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim olunan səhnə əsərində Koroğlu obrazını Əməkdar artist Ramil Qasımov canlandırıb.

Bundan başqa, səhnə əsərində digər rolları teatrın aparıcı solistlərindən Əməkdar artistlər Afaq Abbasova (Nigar) Cahangir Qurbanov (Həsən xan), Xalq artistləri Əli Əsgərov (İbrahim xan), Əkrəm Poladov (Alı kişi), Fidan Hacıyeva (Xanəndə qız), solist Taleh Yahyayev (Ehsan paşa) və başqaları ifa ediblər.

Operanı Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edib.

Xatırladaq ki, builki festival çərçivəsində 40-dək tədbirin təşkili nəzərdə tutulur.

Festivalda ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan, Ukrayna və Gürcüstandan tanınmış musiqi kollektivləri iştirak edəcək.

79 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22 Oktyabr








21 Oktyabr