Xuraman Şuşalı fotovideo paylaşdı
Aktrisa 22 yaş böyük sevgilisi ilə evlənir
Əməkdar artist 22 il əvvəl - foto
Müğənni təcavüzə uğradı

Facebook instagram Twitter Youtube
ARTNEWS

Şəki Dövlət Dram Teatrı 140-cı mövsümü açdı - foto

19-09-2019


Şəki Dövlət Dram Teatrı 140-cı mövsümünün açılışını edib.

Mtv.az xəbər verir ki, açılış J.B.Molyer və M.Bulqakovun eyni adlı əsərləri əsasında səhnələşdirilmiş “Xəstəlik xəstəsi və ya Yaşasın teatr” tamaşası ilə reallaşıb.

Baş rejisor Mirbala Səlimli tərəfindən hazırlanmış tamaşa mərhum rejisor Hüseynağa Atakişiyevin 70 illik yubileyinə ithaf olunub.

Xatırladaq ki, bu il Şəkidə peşəkar teatrın yaranmasının 140 ili tamam olur.

Bu münasibət ilə Şəki Dövlət Dram Teatrında təntənəli yubiley tədbirinin keçirilməsi nəzərdə tutulub. Mövsüm müddətində belə tədbirlər silsilə şəkildə davam edəcək.

Bundan əlavə teatrın 140-cı mövsümündə Cəfər Cabbarlının anadan olmasının 120 illiyi münasibəti ilə “ Sevil” pyesi , Altay Məmmədovun “Kitabi Dədə Qorqud “dastanının motivləri əsasında yazdığı ”Dəli Domrul” əsərlərinin tamaşaya qoyulması planlaşdırılıb.





52 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
20 Oktyabr




















19 Oktyabr