Elnarə rejissor olmaq istəyir
Müğənni və aktyor təcavüzdə ittiham olunur
Aktyor ərəb xanımların təklifini rədd etdi
Seda Sayan sərxoş halda saxlanıldı

Facebook instagram Twitter Youtube
ARTNEWS

Kukla Teatrı mövsümü 2 tamaşa ilə açır

15-09-2019


Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı sentyabrın 15-də yeni mövsümün açılışı günü iki səhnə əsəri ilə çıxış edəcək.

Mtv.az xəbər verir ki, əvvəlcə teatrın tamaşaçıları “Cırtdan”a Azərbaycan dilində baxacaq. Sənət ocağı həmin gün rusdilli tamaşaçılar üçün isə “Üç cəsur”u təqdim edəcək. Şair-dramaturq, uşaqların sevimli müəllifi Mirmehdi Seyidzadənin eyniadlı mənzum nağıl-pyesi əsasında hazırlanan “Cırtdan”nın (səhnələşdirəni Rəhman Əlizadə) quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar artist Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Xalq artisti Oqtay Zülfüqarovdur.

Müxtəlif kukla texnikalarının istifadə olunduğu birhissəli kukla tamaşasında rolları teatrın aparıcı aktyorları Elmira Hüseynova, Rəhilə İbadova, Araz Həsənli, Elnur Xəlilov, Adil Dəmirov, Aygül Ağayeva, Vüsal Hüseynov və Aslan Fətullayev ifa edəcək.

54 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Oktyabr


























15 Oktyabr