ARTNEWS
Kukla Teatrı mövsümü “Cırtdan”la açacaq
01-09-2019

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı mövsümə sentyabrın 15-də “Cırtdan” tamaşası ilə başlayacaq.
Mtv.az xəbər verir ki, şair-dramaturq, uşaqların sevimli müəllifi Mirmehdi Seyidzadənin eyniadlı mənzum nağıl-pyesi əsasında hazırlanan tamaşanın (səhnələşdirəni Rəhman Əlizadə) quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar artist Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Xalq artisti Oqtay Zülfüqarovdur.
Müxtəlif kukla texnikalarının istifadə olunduğu birhissəli kukla tamaşasında rolları teatrın aparıcı aktyorları Elmira Hüseynova, Rəhilə İbadova, Araz Həsənli, Elnur Xəlilov, Adil Dəmirov, Aygül Ağayeva, Vüsal Hüseynov və Aslan Fətullayev ifa edəcək.
464 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
8 Mart
6 Mart