Manana əri və uşaqları ilə - foto
“Emmy” sahiblərinə verildi - foto
Müğənnilər Kərbəla ziyarətinə getdilər - foto
Kinofestivalda “İrlandiyalı” filmi göstəriləcək

Facebook instagram Twitter Youtube
ARTNEWS

“Günay” teatr-studiyası Qran-Pri qazandı

01-09-2019


Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən “Günay” teatr-studiyası “AMBERSTAR 2019” Beynəlxalq İncəsənət Müsabiqəsində ölkəmizi uğurla təmsil edib.

Mtv.az xəbər verir ki, müxtəlif ölkələrdən gənc istedadların iştirakı ilə Latviyanın paytaxtı Riqada keçirilən müsabiqədə “Günay” studiyası “Kitabi-Dədə Qorqud” dastanı əsasında hazırlanmış “Üç ocaq” tamaşasını nümayiş etdirib.

Müsabiqənin nəticələri Qala-konsertdə açıqlanıb. Festival-müsabiqənin Qran-Pri mükafatı ölkəmizi layiqincə təmsil edən “Günay” studiyasına təqdim olunub.

Teatr-studiyasının kollektivi festivalın medalı və sertifikatı ilə təltif olunub. Gənc aktyorlardan Leyla Əliyeva, Leyla Qədimli, Təyyar Cəbrayılbəyov və Tuncay Həmidli ən yaxşı rola görə diploma layiq görülüb. Studiyanın bədii rəhbəri, ssenari müəllifi və quruluşçu rejissoru Larisa Tarusova festivalın İdarə Heyəti tərəfindən münsif seçilib, gənc istedadların inkişafındakı fəaliyyətinə və beynəlxalq mədəni əlaqələrin möhkəmlənməsinə göstərdiyi köməkliyə görə beynəlxalq diplom-sertifikatla təltif olunub.



55 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23










































22