Aygünün fotoşopu müzakirə yaratdı
"Madonnadan intiqam almaq üçün əri ilə yatdım" - aktrisa
Müğənni villasını satışa çıxardı - video
Sərdar Ortaç qumarda 120 min dollar uduzdu

Facebook instagram Twitter Youtube
ARTNEWS

Əməkdar artist festivalda “Kontrabas”ı oynadı 

16-08-2019


Rusiyanın Kineşma şəhərində keçirilən “Ostrovski – FEST” I Beynəlxalq Teatr Festivalı çərçivəsində Patrik Zyuskindin “Kontrabas” tragikomediyası göstərilib.

Mtv.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru, Azərbaycanın Xalq artisti İrina Perlovadır. Kontrabasçı rolunu Azərbaycanın və Rusiyanın Kalmıkiya Respublikasının Əməkdar artisti Şövqü Hüseynov ifa edir.

“Kontrabas” XX əsrin ən böyük nasirlərindən biri - Patrik Zyuskind tərəfindən yazılıb. Bu, intellektual, fəlsəfi və özünə istehza notları ilə son dərəcə zəngin nəsr əsəridir. Əsərin parlaqlığı, emosional ifadə tərzi, yumoru və burada insan təbiətinin dərindən başa düşülməsi tamaşanın rejissoru İrina Perlovaya imkan verib ki, özünəməxsus müəllif kompozisiyası və səhnə əsəri yaratsın. Tamaşanın baş və yeganə qəhrəmanının - Musiqiçinin gözlə görünməyən opponentləri və tərəfdaşları, yəni daxili monoloq-dialoqunun personajları daim onun yanındadırlar.

108 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Noyabr
























17 Noyabr