Manana əri və uşaqları ilə - foto
“Emmy” sahiblərinə verildi - foto
Müğənnilər Kərbəla ziyarətinə getdilər - foto
Kinofestivalda “İrlandiyalı” filmi göstəriləcək

Facebook instagram Twitter Youtube
ARTNEWS

 “Leyli və Məcnun” operası göstəriləcək

18-08-2019


Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarında özünəməxsus yer tutan “Leyli və Məcnun” operasına teatrsevərlər növbəti dəfə - sentyabrın 28-də baxacaq.

Mtv.az xəbər verir ki, teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluşunda təqdim ediləcək səhnə əsəri Ü. Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində izləniləcək.

İki saat 30 dəqiqə davam edəcək operada Məcnun obrazını Xalq artisti Mənsum İbrahimov, Leylini isə Əməkdar artist Arzu Əliyeva canlandıracaq.

Xatırladaq ki, müsəlman Şərqində ilk opera sayılan “Leyli və Məcnun” ilk dəfə olaraq dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən 1908-ci ildə qələmə alınıb. Opera elə həmin ilin yanvarın 12-də ilk dəfə səhnəyə qoyulub.

49 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23










































22