Hadisənin transparan geyim i bəyənildi - foto
Dünya şöhrətli aktrisa dünyasını dəyişdi
Model çılpaq fotolarını paylaşdı
Nur Yerlitaş moda evini bağladı

Facebook instagram Twitter Youtube
ARTNEWS

Musiqili Teatr beynəlxalq festivalda təmsil olundu

02-08-2019


Türkiyənin Bayburt şəhərində növbəti dəfə Beynəlxalq Dədə Qorqud Festivalına start verilib.

Mtv.az xəbər verir ki, ölkəmizi bu tədbirdə Azərbaycanı Dövlət Akademik Musiqili Teatrının balet truppası təmsil edib.

Tədbirdə 1300 illik bir zaman kəsiyində öz tarixi öyüdləri ilə yaşayan və türk coğrafiyasında hikmətli nəsihətləri ilə mənəvi varlığını sürdürən Dədə Qorquda məhəbbətin izharı olaraq bütün türkdilli dövlətlərdən dəvət olunmuş qonaqlarla yanaşı, qonşu ölkələrdən gəlmiş folklor kollektivləri də iştirak edirlər. Masat yaylasında başlayan şənliklər Dədə Qorqudun şəhər mərkəzindəki abidəsi önündən yürüşlə davam etdirilib. Yerli sakinlər, habelə bu günlərdə dünyanın hər yerindən axışaraq bu şənliyə qatılan yüzlərlə tədbir iştirakçıları Mustafa Kamal Atatürkün adını daşıyan möhtəşəm meydanda Azərbaycan, Gürcüstan və Türkiyənin müxtəlif rəqs və folklor kollektivlərinin çıxışlarını maraqla izləyiblər.

Festival çərçivəsində iştirakçı ölkələrin yaradıcı kollektivləri maraqlı və yadda qalan proqramlarla çıxış ediblər.

Xatırladaq ki, bir həftə davam edəcək bu mədəniyyət və sənət bayramı ilk dəfə 25 il əvvəl təşkil olunub.

164 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Dekabr














15 Dekabr