“Rembo” filminin yeni treyleri nümayiş olundu
Hadisə əvvəllər çörək sexində işləyib
Hollivud ulduzları birlikdə yemək yedilər - foto
Günay İbrahimli İzmirdə dincəlir - foto

Facebook instagram Twitter Youtube
ARTNEWS

“YUĞ” Dövlət Teatrı qastrol səfərindədir

15-07-2019


“YUĞ” Dövlət Teatrı Şamaxı, Quba, Xaçmaz, İsmayıllı və Abşeron rayonlarına qastrol səfərindədir.

Mtv.az xəbər verir ki, sənət ocağının yaradıcı heyəti qastrolda repertuarda xüsusi yer tutan “Sonuncu” tamaşası ilə çıxış edəcək.

Yazıçı Pərvinin pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru və səhnə tərtibatçısı Xalq artisti Ramiz Həsənoğlu, geyim üzrə rəssamı Nana-Burxan, musiqi tərtibatçısı Əlibala Qasımov, qrafika işləri Əhməd Məcidov və Nazim Sadıqova məxsusdur.

Tamaşada Əməkdar artist Fərhad İsrafilov, aktyorlar Hikmət Rəhimov və Ləman Novruzova çıxış edəcək.

A.P.Çexovun yaradıcılığından bəhrələnərək yazılmış pyesdə hadisələr müasir dövrə uyğunlaşdırılıb. Müəlliflər sənətkar taleyi məsələsinə müasir baxım bucağından yanaşmağa çalışıblar. Tamaşada qocaman aktyor Əlisöhbət Qələndərlinin timsalında sənət adamlarının taleyi, yaşantıları və düşüncələri ifadə olunub. Əsərdə ömrünü sənətə həsr etmiş və yaşının ixtiyar çağında bəzi səhvlərini dərk etmiş insanın faciəsi qabardılır.

47 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
24




















23