Müğənni və aktrisa İtaliyada bal ayındadır
Nura Susi Türkiyədə dincəlir - foto 
Aleyna Tilkinin bikinili fotosu
Şəbnəm Tovuzlu adına dəyişmək niyyətində deyil

Facebook instagram Twitter Youtube
ARTNEWS

Tbilisi Azərbaycan Dram Teatrı yeni tamaşa hazırladı - foto

01-07-2019


Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının aktyorları gürcü yazıçısı Laşa Bağadzenin “O stul və bax bu çarpayı” əsərinin motivləri əsasında yeni tamaşa hazırlayıb.

Mtv.az xəbər verir ki, əsərdə ailə-məişət mövzusu ardıcıl və dinamik şəkildə açılır. Yenicə ailə qurmuş gənclər öz şirin arzularını həyata keçirməyə can atırlar. Amma həyatın acı üzü də var və bu iki gənc ağır sınaqdan keçməli olurlar. Şər qüvvə onların həyatını zəhərləməyə, xəyallarını puça çıxarmağa, gənc ailəni dağıtmağa çalışır. Amma yaxşı insanlar da var. Yaxşı qonşu vaxtında məsələdən agah olur, şəri qovub, gəncləri xoşbəxt həyata qaytarır.

Səhnə əsərində rolları aktyorlar Aslan Məmmədov, Leyla Qasımova, Namiq Musayev və Vüqar Maşov canlandırıblar. Tamaşa alqışlarla qarşılanıb.







27 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
19 İyul
































18 İyul