Ebrunun fanatları axın etdilər
Müğənni və aktrisa İtaliyada bal ayındadır
Nura Susi Türkiyədə dincəlir - foto 
Aleyna Tilkinin bikinili fotosu

Facebook instagram Twitter Youtube
ARTNEWS

"Ər və arvad" Tbilisidə yeni quruluşda - foto

22-06-2019


Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı dahi bəstəkar Üzeyir Hacıbəylinin «Ər və arvad» musiqili komediyasını yeni quruluşda səhnələşdirib.

Mtv.az xəbər verir ki, iyunun 19-da Tbilisidə tamaşanın premyerası olub.

Səhnə əsərinin quruluşçu rejissoru Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının bədii rəhbəri Turqay Vəlizadədir.

Əsərin ideyası ağıllı və tədbirli arvadın (Minnət xanım) müflisləşmiş və düşkünləşmiş ərindən (Mərcan bəy) mənəviyyatca üstünlüyünü açıb göstərməkdir.

Əsərdə ailə-məişət mövzusu çox ardıcıl və dinamik şəkildə açılır, Azərbaycan qadınının ailə və cəmiyyətdəki kölə vəziyyətinə etiraz səslənir.

Tamaşada əsas rolları aktyorlar Binəli İslamoğlu, Marianna Məmmədova, Azər Musaoğlu, Aida Tağıyeva, Fazil Bayramov və Mənzər Sadıqova oynayıblar.

Tamaşa alqışlarla qarşılanıb.

Tamaşanın premyerasından sonra AZƏRTAC-a müsahibə verən T.Vəlizadə bildirib ki, dahi bəstəkar, Şərqdə ilk operettanın banisi Ü.Hacıbəylinin bu tamaşası ilk dəfə 1910-cu ildə səhnələşdirilib. Yüz ildən çox vaxt keçsə də, əsər öz mahiyyətini, gözəlliyini və mənasını itirməyib. Teatrın kollektivi bu əsəri yenidən səhnələşdirməklə müasir gəncliyi Üzeyir bəy yaradıcılığı ilə tanış etmək, eyni zamanda, az qala hər gün rastlaşdığımız ailə-məişət problemlərini ictimaiyyətə çatdırmaqdır.



49 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
19 İyul


































18 İyul