Müğənni və aktrisa İtaliyada bal ayındadır
Nura Susi Türkiyədə dincəlir - foto 
Aleyna Tilkinin bikinili fotosu
Şəbnəm Tovuzlu adına dəyişmək niyyətində deyil

Facebook instagram Twitter Youtube
ARTNEWS

Rejissor Teatr Xadimləri İttifaqını tənqid etdi

14-06-2019


Rejissor Namiq Ağayev Teatr Xadimləri İttifaqını tənqid edib.

Mtv.az xəbər verir ki, o, ittifaqın işini düzgün yerinə yetirmədiyini bildirib: “Ol” teatrının kollektivi yaranan problemlərə dəstək olmaq üçün Teatr Xadimləri İttifaqına müraciət edib. İttifaqın əməkdaşı isə cavabında “Teatr Xadimləri İttifaqının işi teatrlarda yaranan problemləri həll etmək deyil. Biz sizə heç bir kömək edə bilmərik. Bunun üçün Mədəniyyət Nazirliyinə və digər qurumlara müraciət edin” deyib.

İctimaiyyət qarşısında belə bir sual veririk: Ey Teatr Xadimləri İttifaqı, o zaman sizin işiniz nədir?! Afrikada fillərin qorunması, yoxsa Cənubi və Şimali Koreyanın birləşdirilməsi?”.

N.Ağayev bildirib ki, onlar kommunal və kirayə xərclərinə görə ittifaqa müraciət ediblər, lakin onların bu istəyinə məhəl qoyulmayıb və köməklik göstərilməyib.

Qeyd edək ki, Namiq Ağayev bir neçə bədii və sənədli filmin müəllifidir.



40 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
19 İyul
































18 İyul