Filipp Kirkorovun yeni klipi - video
Sami Yusuf Bakıya gəldi
Aktyor hucuma məruz qaldı - video
Oksana istirahətə Antalyaya getdi - foto

Facebook instagram Twitter Youtube
ARTNEWS

“dOM” teatrı festivalda mükafat qazandı - foto

13-06-2019


Azərbaycanlı rejissor Tərlan Rəsulovun rəhbərlik etdiyi “dOM” müstəqil teatrının kollektivi Başqırdıstanda keçirilən “Tuğanlıq” festivalında iştirak edib.

Mtv.az xəbər verir ki, müstəqil teatr festivalda ölkəmizi dramaturq İsmayıl İmanovun əsəri əsasında hazırlanmış Tərlan Rəsulovun quruluş verdiyi “Limbo” immersiv tamaşası ilə təmsil edib.

Türkdilli Teatrların Beynəlxalq “Tuğanlıq” Festivalı artıq yeddinci dəfə keçirilir və hər festivalda türkdilli dövlətlərin ən yaxşı teatr kollektivləri dəvət olunur.

Festival Ufada baş tutub. Respublikanın və M.Qafuri adına Başqırd Akademik Dram Teatrının 100 illiyinə təsadüf edən builki festivalda ümumilikdə 14 teatr kollektivi iştirak edib. Festival çərçivəsində Başqırdıstan, Tatarıstan, Azərbaycan, Krım, Qaqauz, Qırğızıstan, Tıva, Hakasiya, Özbəkistan, Türkiyə, Qazaxıstan, Altay Respublikasının teatr kollektivləri öz tamaşalarını təqdim ediblər.

Festivalın açılışı Rusiyanın milli “Qızıl maska” mükafatı laureatı – “Züleyxa gözlərini açır” tamaşası ilə olub. “dOM” teatrının kollektivi öz tamaşasını M.Qafuri adına BADT-nin kiçik səhnəsində oynayıb. Tamaşa Azərbaycan və rus dillərində ifa olunub. “Limbo” immersiv tamaşası qeyri-adi quruluşu və immersiv xarakteri ilə tamaşaçıların və mütəxəssislərin marağına səbəb olub. Başqırd tamaşaçılar aktiv şəkildə oyuna qoşularaq səhnədə baş verənlərə canlı reaksiya veriblər. “dOM” teatrının aktyorları “Yeni səhnə məkanının və tamaşaçı ilə ünsiyyət üsullarının mənimsənilməsi” nominasiyası üzrə xüsusi mükafata layiq görülüb.

Teatrın direktoru Tərlan Rəsulov, həmçinin festival çərçivəsində baş tutan “Mədəniyyətlərarası dilaoq və Türkdilli Teatrlar” adlı elmi-praktiki konfransda çıxış edib. Festivalın yekununda keçirilən etnokonsertdə isə teatrın aktrisası, Əməkdar artist Yaqut Paşazadə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş kompozisiya ilə çıxış edib.

Qeyd edək ki, “dOM” teatrı festivalda Azərbaycanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə iştirak edib.







35 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
25 İyun














24 İyun