Ledi Qaqa mükafatlarını hamamda və mətbəxdə saxlayır
Özcan Dəniz 25 min lirə aliment ödəyəcək
Murad Arif klipini Budapeştə çəkdi - video
Günay sevgilisi ilə Mersində - foto

Facebook instagram Twitter Youtube
ARTNEWS

“dOM” teatrı Başqırdıstana festivala qatıldı

25-05-2019


Azərbaycanlı rejissor Tərlan Rəsulovun rəhbərlik etdiyi “dOM” müstəqil teatrının kollektivi “Tuğanlıq” festivalında iştirak etmək üçün Başqırdıstana yola düşüb.

Mtv.az xəbər verir ki, müstəqil teatr festivalda ölkəmizi dramaturq İsmayıl İmanovun əsəri əsasında hazırlanmış Tərlan Rəsulovun quruluş verdiyi “Limbo” immersiv tamaşası ilə təmsil edəcək.

Türkdilli Teatrların Beynəlxalq “Tuğanlıq” Festivalı artıq yeddinci dəfə keçirilir və hər festivalda türkdilli dövlətlərin ən yaxşı teatr kollektivləri dəvət olunur.

Festivalın proqram direktoru Aysılu Saqitovanın sözlərinə görə, “Tuğanlıq” festivalında “müasir dünyada milli dilimizi, mədəniyyətimizi, adət-ənənələrimizi necə qorumalıyıq?” suallarına cavab axtarılacaq. Bu sual həmçinin, festival çərçivəsində keçiriləcək “Mədəniyyətlərarası dialoq və Türkdilli Teatrlar” elmi-praktik konfransında qaldırılacaq.

Mayın 23-dən başlayan festival mayın 30-dək Ufada davam edəcək. Həmin günlər ərzində Başqırdıstan, Tatarıstan, Azərbaycan, Krım, Qaqauz, Qırğızıstan, Tıva, Hakasiya, Özbəkistan, Türkiyə, Qazaxıstan, Altay Respublikasının teatr kollektivləri öz tamaşalarını M.Qafuri adına BADT, M.Kərim adına RB Dövlət Gənc Tamaşaçılar Teatrı, Ufa Dövlət “Nur” Tatar Teatrı, Başqırd Dövlət Opera və Balet Teatrı, Başqırdıstan Dövlət Akademik Rus Dram Teatrının səhnələrində təqdim edəcəklər.

Respublikanın və M.Qafuri adına BATD-nin 100 illiyinə düşən builki festivalda ümumilikdə 14 teatr kollektivi iştirak edəcək. Teatrın direktoru Tərlan Rəsulov festival çərçivəsində baş tutacaq elmi-praktik konfransda çıxış edəcək. Festival çərçivəsində reallaşacaq etnokonsertdə isə teatrın aktrisası Əməkdar artist Yaqut Paşazadə Nəsiminin 650 illik yubileyinə həsr olunmuş kompozisiya ilə çıxış edəcək.

63 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26 İyun


25 İyun