“Rembo” filminin yeni treyleri nümayiş olundu
Hadisə əvvəllər çörək sexində işləyib
Hollivud ulduzları birlikdə yemək yedilər - foto
Günay İbrahimli İzmirdə dincəlir - foto

Facebook instagram Twitter Youtube
ARTNEWS

Musiqili Teatr Qəbələdə qastrol səfərinə gedir

30-05-2019


Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Ramazan bayramı münasibətilə geniş heyətlə Qəbələdə qastrol səfərində olacaq.

Mtv.az xəbər verir ki, teatr çoxsaylı tamaşaçı xahişini nəzərə alaraq bayram günlərində iyunun 5-də saat 19:00-da Qəbələ Konqres Mərkəzində milyonların sevimlisi, "Şöhrət” ordenli Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə Əli Səmədlinin “Toya bir gün qalmış” ikihissəli komediyasını nümayiş etdirəcək.

Səhnə əsərində Afaq Bəşirqızı ilə yanaşı, teatrın sevimli aktyorları Əməkdar artist Ələkbər Əliyev, aktyorlar Möylə Mirzəliyev, Məhərrəm Qurbanov, Ağaxan Şərifov, Rəsmiyyə Nurməmmədova, Gülcahan Salamova, Əliməmməd Novruzov, Hüseyn Əlili, Gülnarə Əzizova, Ruslan Mürsəlov, Fərid Rzayev də çıxış edəcəklər.

2015-ci ildən teatrın repertuarına daxil olan və hər dəfə uğurlu nümayişi ilə yaddaşlarda qalan bu tamaşanın quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rəssamı Əməkdar rəssam Nabat Səmədova, musiqi rəhbəri Xalq artisti Ənvər Sadıqov, musiqi tərtibatçısı Emin Həsənov, baletmeysterləri Əməkdar artistlər - Yelena və Zakir Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur.

Əsərin süjet xətti gözlənilməz və maraqlı situasiyalarla zəngindir. Tamaşada cərəyan edən hadisələr oğlunun toyuna bir gün qalmış vəzifəli şəxsin dünyasını dəyişməsi ilə başlayır. Onun həyat yoldaşının isə bunu hamıdan gizlətməsi vəziyyəti daha da mürəkkəbləşdirir. Qadın düşünür ki, ərinin ölümünü gizlətməsə toyu təxirə düşəcək və onların bir sıra maddi maraqları alt-üst olacaq. Beləliklə, ailə dəfn işləri ilə məşğul olmaqdansa, toy hazırlıqlarını davam etdirir. Əsl tragikomik həngamə də bundan sonra başlayır.

 

110 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
24




















23