Şeron Stoun geyimi ilə diqqət çəkdi - foto
 İrem Derici özünü çox ağıllı hesab edir
Aktyorun xanımı yeni villa istəyir
Sevinc övladları ilə tətilə getdi - foto

Facebook instagram Twitter Youtube
ARTNEWS

“Təklif. Elçilik” tamaşası təqdim olundu

15-05-2019


“YUĞ” Dövlət Teatrının yaradıcı kollektivi “Təklif. Elçilik” tamaşasını teatrsevərlər üçün növbəti dəfə təqdim edib.

Mtv.az xəbər verir ki, səhnə əsərinin quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı Əməkdar rəssam Rəşid Şerif, bəstəkarı Əməkdar artist Vüqar Camalzadədir.

Tamaşada Əməkdar artist Vidadi Həsənov, aktyorlar Zümrüd Qasımova və Elgün Həmidov çıxış ediblər. Səhnə əsəri A. Şaiq adına Dövlət Kukla Teatrının binasında göstərilib. Aktyorların məharətli çıxışı tamaşanı baxımlı edib, səhnə əsəri maraqla qarşılanıb.

Xatırladaq ki, sənət ocağının yaradıcı kollektivi Mədəniyyət Nazirliyinin dəstəyi ilə bir neçə beynəlxalq festivalda “Təklif. Elçilik” tamaşası ilə ölkəmizi təmsil edib.

18 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti