Şeron Stoun geyimi ilə diqqət çəkdi - foto
 İrem Derici özünü çox ağıllı hesab edir
Aktyorun xanımı yeni villa istəyir
Sevinc övladları ilə tətilə getdi - foto

Facebook instagram Twitter Youtube
ARTNEWS

Bakı teatrlarının həftəsonu repertuarı

10-05-2019


Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı kollektivi həftəsonu beş səhnə əsəri ilə çıxış edəcək.

Mtv.az xəbər verir ki, sənət ocağında təqdim ediləcək tamaşalar çağdaş və klassik yazıçıların əsərləri əsasında hazırlanıb.

Teatrın səhnəsində mayın 10-da “Boy çiçəyi”, 11-də “Nindza tısbağalar” və “Şah Qacar” tamaşaları göstəriləcək. Mayın 12-də isə teatrsevərlər “Anamın kitabı” və “Ah, bu uzun sevda yolu” tamaşalarına baxa biləcəklər.

A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı da digər sənət ocaqları kimi maraqlı tamaşalarla balacaları sevindirəcək.

Teatrın yaradıcı heyəti bu həftə üçü rus, üçü isə Azərbaycan dilində olmaqla 6 səhnə əsəri ilə balaca tamaşaçılarının görüşünə gələcək. Belə ki, balacalar mayın 10-da “Cırtdan”, “Üç cəsur” (rus dilində” 11-də “Əlibaba və qırx quldur”, “Qoğal” (rus dilində) tamaşalarını izləyəcəklər. Həmçinin, mayın 12-də “Kəloğlan” və “Qaçaq Əhməd” (rus dilində) tamaşalarına baxa biləcəklər.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar göstəriləcək.

Sənət ocağının səhnəsində beş səhnə əsəri nümayiş ediləcək. Belə ki, teatrsevərlər mayın 10-da “Qafqazlı qardaşqızı” (rus dilində), 11-də isə "Qoğalın macarcası” (rus dilində), “Mən dəyərəm min cavana” tamaşalarına baxa biləcəklər. Mayın 12-də isə “Buratino” və “999-cu gecə” nümayiş ediləcək.

Biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən, eləcə də iticket.az saytından əldə etmək olar.

33 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti