Rəqsanə daha yaşamaq istəmir
Aparıcı Madonnanı səhv saldı
Müğənni 4 milyon dollarlıq qızıl əşyalarını itirdi
Aysel “Yeni dalğa” festivalına qatılır - video

Facebook instagram Twitter Youtube
ARTNEWS

Timur Əsgərov “Bayaderka” baletində rol alacaq

23-04-2019


Aprelin 27-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında Lüdvik Minkusun “Bayaderka” baleti nümayiş etdiriləcək.

Mtv.az xəbər verir ki, səhnə əsərində Solorun partiyasını Azərbaycanın Əməkdar artisti Timur Əsgərov ifa edəcək.

T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan və Ukrayna Milli Opera və Balet teatrlarında çalışıb. O, 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 1 fevral tarixli Sərəncamı ilə T.Əsgərov Gənclər üçün Prezident Mükafatına layiq görülüb. 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində görkəmli bəstəkar Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. O, Mariya Teatrının truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.

63 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
27 May


























26 May