Rusiyanın Xalq artisti dünyasını dəyişdi
Asena uzun saçlarını kəsdirdi - foto
Musiqili Teatrın aktyoru vəfat etdi
Alman modelin yarıçılpaq fotosu

Facebook instagram Twitter Youtube
ARTNEWS

Opera ulduzları eyni səhnəni bölüşdülər

12-02-2019


Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında italiyalı bəstəkarı Cakomo Puççininin “Boqema” operası təqdim olunub.

Mtv.az xəbər verir ki, səhnə əsərində əsas partiyalardan biri olan Rudolfun partiyası gənc və istedadlı solist Azər Rzazadə tərəfindən ifa olunub. Operada Marsel partiyasını Belorus Milli Akademik Böyük Opera və Balet Teatrının solisti, Belorusun Əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Vladimir Qromov canlandırıb. Mimi rolunda Əməkdar artist Afaq Abbasova, Müzetta rolunda Əməkdar artist İnarə Babayeva çıxış edib. Səhnə əsərində, həmçinin Xalq artistləri Əli Əsgərov, Əkrəm Poladov, Əməkdar artistlər Tural Ağasıyev və Əliəhməd İbrahimov da rol alıb.

Opera teatrın baş dirijoru və musiqi rəhbəri, Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev tərəfindən idarə olunub.

Xatırladaq ki, Vokalçı kimi karyerasına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində başlayan A.Rzazadə sonradan təhsilini davam etdirmək üçün İtaliyaya gedib. Hazırda o Milanın La-Skala Teatrının solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatıdır.

1002 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22


21