Natavan Həbibi qısa saçlarını uzatdı - video
Elçin Cəfərov muğam ifaçılarına cavab verdi
Müğənniyə konserti zamanı hücum oldu 
Səidə Sultan bəzi sirləri açıqladı

Facebook instagram Twitter Youtube
ARTNEWS

Kukla Teatrı Moskvada festivala qatılıb

11-10-2018


Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı Moskvada keçirilən S.V.Obraztsov adına IX Beynəlxalq Kukla Teatrları Festivalında “Ağ və qara” tamaşası ilə iştirak edib.

Muztv.az teatra istinadla xəbər verir ki, səfər Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutub. Böyük yaş qrupu tamaşaçılar üçün nəzərdə tutulan səhnə əsərinin müəllifi və quruluşçu rejissoru Kamran Şahmərdan, quruluşçu rəssamı Tatyana Melnikovadır. Birhissəli tamaşada rolları Rauf Babayev, Rəhim Rəhimov, Lina Məmmədova, İqbal Əliyev, Cavid İbrahimov və başqaları ifa edirlər.

MDB ölkələrindən 17-dən artıq teatr kollektivinin iştirak etdiyi festivalda nominasiyalar üzrə mükafatlandırma olmasa da Kukla Teatrının tamaşası festivalın ən yaxşı səhnə işlərindən biri kimi yüksək qiymətləndirilib. Festivalda iştiraka görə diplomla təltif olunan tamaşa barədə Rusiyanın aparıcı teatr və sənət proqramlarında məlumatlar verilib.

Xatırladaq ki, MDB ölkələrinin mədəniyyət ili çərçivəsində təşkil olunan bu festival S.V.Obraztsov adına Rusiya Dövlət Akademik Mərkəzi Kukla Teatrı tərəfindən iki ildən bir keçirilir və onun proqramına ən məşhur teatrların yüksək peşəkarlıqla hazırlanan səhnə işləri daxil edilir.

529 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Oktyabr




15 Oktyabr