Natavan Həbibi qısa saçlarını uzatdı - video
Elçin Cəfərov muğam ifaçılarına cavab verdi
Müğənniyə konserti zamanı hücum oldu 
Səidə Sultan bəzi sirləri açıqladı

Facebook instagram Twitter Youtube
ARTNEWS

Pantomima Teatrında yeni tamaşa göstərildi

11-10-2018


Azərbaycan Dövlət Pantomima Teatrının səhnəsində yeni tamaşa - “d`Dorian” (musiqi ladlarından biri) təqdim olunub.

Muztv.az teatra istinadla xəbər verir ki, teatrın baş rejissoru, Xalq artisti Bəxtiyar Xanızadənin “d Dorian” adlandırdığı səhnə əsərinin quruluşçu rejissorları Əməkdar artist Nargilə Qəribova və Vüsal Rzasoy, şeirlərin müəllifləri Əməkdar incəsənət xadimi Rəhman Əlizadə, N.Qəribova, V.Rzasoydur.

Sevgi mövzusuna həsr edilən səhnə əsərinin məğzi belədir: Onlar bir-birini görüblər, tanış olub daha da bəyəniblər, vurulublar və seviblər... Amma kişi-qadın münasibətlərinin böhran dövrünü keçə bilməyiblər. Bunda kişinin yaradıcı insan - musiqiçi olması da əlavə əngəl törədib - yaradıcı böhran şəxsi böhrana qarışıb... Və budur... Payız fəsli, şəhərin küçələrindən biri, küçə musiqiçisi olan gözü qara eynəkli, əynində nimdaş plaş, üzünü-başını saç-saqqal basmış gitaraçı. Gənc qadın yol ötərkən ayaq saxlayır, geri dönüb onun qarşısına əsginas atır. Sonra nəzərini gitaraçının ətrafına səpələnmiş kağız qırıntıları cəlb edir.

Aktyorların məharətli çıxışı səhnə əsərini daha baxımlı edib, tamaşa maraqla qarşılanıb.

518 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Oktyabr




15 Oktyabr