Modelin geyimi başına bəla oldu - foto
Pantomima Teatrı yeni tamaşasını göstərdi
Seren həyat yoldaşı ilə dodaq-dodağa
Hacı İsmayılov arxiv fotolarını paylaşdı

Facebook instagram Twitter Youtube
ARTNEWS

Pantomima Teatrı 26-cı mövsümə hazırlaşır

14-09-2018


Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcı kollektivi 26-cı teatr mövsümünün açılışına hazırlaşır.

Muztv.az teatra istinadla xəbər verir ki, sənət ocağı yeni mövsümü sentyabrın 15-də “İt gəzdirən xanım” adlı səhnə əsəri ilə açacaq. Bundan başqa, sənət ocağında sentyabrın 16-da “Dejavü”, 22-də “Ağ bığlılar” və 23-də “Underground” tamaşaları oynanılacaq.

Həmçinin sentyabrın 29-da teatrın repertuarında xüsusi yer tutan “Qoca və Mələk”, 30-da “Fəlakət və İnsan” maarifləndirici tamaşa və “Mənim balığımsan” adlı tamaşalar izləniləcək.

Xatırladaq ki, teatr ötən mövsümə “İt gəzdirən xanım” tamaşası ilə yekun vurub. Leyla Atayevanın quruluşunda təqdim edilən səhnə əsərində rəqslərin quruluşu Nurlan Rüstəmova, əsərin plastik həlli isə Xalq artisti Bəxtiyar Xanızadəyə məxsusdur. Rolları Əməkdar artist Bəhruz Əhmədli, aktyorlar Nurlan Rüstəmov, Leyla Atayeva, Nuridə Musabəyli, Elxan Şahalıyev, Elnur Rzayev və Beyrək Rüstəmov canlandırır.

452 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
15 Noyabr










14 Noyabr