Ajda Pekkana gənc müğənni eşq elan etdi
Cennifer Lopez yeni fotolarını paylaşdı
Zamiq Hüseynov solo konsert verəcək  
"Ailəm müəyyən səbəblərə görə dağıldı" - Elza  

Facebook instagram Twitter Youtube
ARTNEWS

“Birpərdəli pyeslər” müsabiqəsi elan edildi

13-09-2018


Mədəniyyət Nazirliyi “Birpərdəli pyeslər” müsabiqəsi elan edib.

Muztv.az nazirliyə istinadla xəbər verir ki, müsabiqənin təşkilində məqsəd xalq teatrlarının repertuarlarını kiçik həcmli tamaşalarla zənginləşdirmək, ədəbi-bədii və mövzu baxımından yüksək dəyərə malik dram əsərlərinin yazılmasına stimul vermək, yeni nəsil dramaturqların ədəbi yaradıcılığını dəstəkləmək, tamaşaçıların estetik və mənəvi zövqünün ödənilməsi üçün birpərdəli pyeslər əsasında müasir tamaşaların hazırlanmasını təmin etməkdir.

Müsabiqənin şərtlərinə görə pyeslərin mövzusu vətənpərvərlik, Aprel döyüşləri, multikulturalizm, mənəvi dəyərlər, dövrümüzün sosial-əxlaqi problemləri, sosial şəbəkələrin cəmiyyətə təsiri, dini radikalizmin fəsadları və digər aktual məsələləri əhatə etməli və daha əvvəl heç bir yerdə çap olunmamalı və səhnələşdirilməməlidir. Müsabiqəyə 35 min işarədən artıq olmayan birpərdəli pyeslər qəbul olunur. Hər bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər (əsərlər 5 nüsxədə olmalıdır). Müəllif özü haqqında məlumatı və əlaqə vasitəsini fayla əlavə etməlidir.

Müsabiqədə I, II və III yeri tutan qaliblər müvafiq olaraq I dərəcəli diplom və 2000 manat, II dərəcəli diplom və 1500 manat, III dərəcəli diplom və 1000 manat pulla mükafatlandırılacaqlar.

Ən yaxşı pyeslər toplu şəkilində çap olunacaq və qalib gəlmiş əsərlər xalq teatrlarında səhnələşdiriləcək.

Müsabiqəyə əsərlərin qəbulu noyabrın 15-də sona çatacaq. Dekabrın 25-də qaliblərin mükafatlandırma mərasimi təşkil olunacaq.

İştirakçılar sənədlərini Mədəniyyət Nazirliyinə (Hökumət evi, 3-cü mərtəbə, 308-ci otaq) təqdim etməlidirlər. Əlavə məlumat üçün (012) 493 23 77 nömrəsinə zəng və yaxud e-mail - nrtis@mct.gov.az ünvanına müraciət edə bilərlər.

416 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18






































17