Gənc Tamaşaçılar Teatrı 90-cı mövsümü başa vurdu - foto
Günel Zeynalova açıq-saçıq geyindi - foto
Əməkdar Artist fərqli geyimlə gündəmə gəldi - foto
Əməkdar Artist: "Oğluma oxuyan qız almıram" - video

Facebook instagram Twitter Youtube
ARTNEWS

Orxan Həşimov Bişkekdə dirijorluq etdi - foto

11-07-2018


Qırğız Respublikasının paytaxtı Bişkekdə "TENGRI Music - 2018” IV Beynəlxalq Klassik Musiqi Festivalı keçirilib.

Muztv.az xəbər verir ki, hər il Bişkekin Qələbə parkında açıq səma altında düzənlənən bu festivalda Avstriya, Rusiya, Yunanıstan, Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstanın tanınmış sənətçiləri iştirak edir və dünya səviyyəli klassik musiqi nömrələrini təqdim ediblər.

Bu dəfə "Prima” fondunun rəhbəri Viktoriya Yurtayeva festivala Azərbaycan Dövlət Musiqili Teatrının gənc və istedadlı dirijioru Orxan Həşimovu dəvət edib. Nəzərdə tutulan proqramda Orxan Həşimov rusiyalı həmkarı Valentin Uryupin ilə Qırğız Respublikasının Prezident Kamera Orkestri - "Manas”ın müşaiyəti ilə konsertə drijorluq edib.

Xatırladaq ki, 2017-ci ildə Moskva Dövlət Konservatoriyasını fərqlənmə diplomu ilə bitirən Orxan Həşimov gənc olmasına baxmayaraq, indiyə qədər bir çox müsabiqə və festivallarda - 2015-ci ilin may ayında Moskvada keçirilən "Musical Art” beynəlxalq müsabiqəsində diploma layiq görülmüş, həmin ilin noyabrında Budapeştdə keçirilən Antal Dorati adına Beynəlxalq Drijorluq müsabiqəsində I yerə çıxmış, 2016-cı ildə Kremldə "Мелодика поколений” festivalında isə Rusiya Federasiyasının Prezident orkestri ilə debüt konserti verərək diploma layiq görülmüşdür. Hal-hazırda Azərbaycan Dövlət Musiqili Teatrında çalışan gənc dirijor Moskva Konservatoriyasının Simfonik orkestri, Moskva Konservatoriyasının Opera Teatrının Simfonik Orkestri, Rusiya Federasiyasının Simfonik Orkestri, Polşanın Gdansk şəhərində F.Şopen adına Polşa-Baltik Simfonik orkestri və Budapeşt MAV simfonik orkestri ilə əməkdaşlıq edir. 





125 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 İyul
















































15 İyul