Rəqqasənin hind rəqsi bəyənilmədi - video
Əməkdar artistdən fərqli fotosessiya 
“Eurovision 2011” qalibi hovuzda poz verdi - foto+video
Alla Puqaçova qocaldığını etiraf etdi

Facebook instagram Twitter Youtube
ARTNEWS

Kukla Teatrı mövsümə yekun vurur

05-07-2018


Abdulla Şaiq adına Dövlət Kukla Teatrı mövsümə iyulun 15-də yekun vuracaq.

Muztv.az xəbər verir ki, sənət ocağı “Min bir gecə nağılları” əsasında hazırlanan “Əlibaba və qırx quldur” adlı yeni tamaşa ilə mövsümü bağlayacaq.

Tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyevdir. Səhnə əsərinin musiqisi Fikrət Əmirovun “Min bir gecə” baletindən bəhrələnərək hazırlanıb. Tamaşada teatrın aktyorları Rəhim Rəhimov, Cavid Telman, Cəmilə Allahverdiyeva, Samirə Nəcəfli və başqaları rol alıb.

Həmin gün teatr rəhbərliyinin hesabat xarakterli çıxışı nəzərdə tutulub. Eyni zamanda, mövsümün son görüşündə Kukla Teatrının əməkdaşları mükafatlandırılacaq. İlin ən yaxşı aktyoru, aktrisası, rejissoru, texniki işçisi fəxri fərmanla təltif olunacaq. Həmçinin teatrın uğurlarını mediada geniş işıqlandıran KİV təmsilçilərinin də mükafatlandırılması nəzərdə tutulur.

79 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
19














































18