Dilarə Kazımova moped sürdü
Əməkdar artist toya hazırlaşır
Alla Puqaçova 69 yaşında şortik geyindi - foto
Müğənni Rilaya Hüseynzadə hamilədir - foto

Facebook instagram Twitter Youtube
ARTNEWS

"Qodonun intizarında" təqdim olundu - insan varlığının mahiyyətindən bəhs edən tamaşadan foto+reportaj

12-06-2018


Azərbaycan Dövlət Musiqli Teatrında 108-ci mövsümün növbəti premyerası - "Absurd" Teatrın yaradicılarından olan fransız əsilli  irlandiyalı yazıçı-dramaturq, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Semuel Bekketin məhşur - "Qodonun intizarında" pyesi əsasında hazırlanan eyniadlı taamaşa təqdim olunub.

Muztv.az xəbər verir ki, dünyada ilk dəfə "Qodonun intizarı"- absurd aləmin şah əsəri üçün simfonik musiqini məhz Azərbaycanın Xalq Artisti, professor Fərəc Qarayev yazıb.

Tamaşada fərdiyyətdən cəmiyyətə çıxmağın yolları göstrilir, insanın varlığı, mahiyyəti ön plana çəkilir.

Tamaşanın bədii rəhbəri Əməkdar İncəsənət Xadimi, sənətçünaslıq üzrə fəfsəfə doktoru, Əliqismət Lalayev, tərcümə edən Şövqi Hüseynovdur.

Quruluşçu rejissor, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistr diplomçusu Yunis Vəlipur tamaşa haqqında fikirlərini "Muz Life" bölüşüb:

"Mən illərdir "absurd" janrı haqqında həm tətqiqat aparır, həm də araşdırıram. Artıq demək olar ki, bunu yaşayıram. Hər dəfə bu əsərin üzərində işləyəndə qorxu var idi. Amma bu il Əliqismət müəllimin sayəsində bunu hazırlaya bildim. Dünyada ilk dəfədir ki, bu əsəri məhz Azərbaycanda hazırlayırıq. Ümid edirəm ki, istədiyim hər şey istədiyim kimi alınsın və öhdəsindən gələ bilim. Mənə dəstək olan hər birinə təşəkkür edirəm".

Tamaşada rol alan Əməkdar artistlər də tamaşa barədə danışıblar:

Əzizağa Əzizov: "Burada mənim rolum Vladimir obrazıdır. Artiq 30 ildən yuxarıdır ki, mən teatr aləmindəyəm, lakin hec vaxt belə obraz ifa etməmişəm. Yeni bir obraz oldu, ona görə də biraz çətinliyim oldu. Aktyorlarımıza, başda rejissorumuza minnətdaram ki, onların sayəsində bunu bacardım. Çalışacam əziyyətlərin yerə vurmayım".

Şövqi Hüseynov: "Bu gün bizdə premyeradır və premyera hər bir teatr, aktyor üçün bayramdır. Ümid edrirəm ki, uğurlu bir tamaşa olar. Mənm bir aktyor olaraq çox sevinirəm ki, Semuel Bekket adlı bir müəllif teatrımızın repertuarına qəbul olub. Bekket dünyasın yaşamaq hesab edirəmki bizim üçün hələ öyrənəcəyimiz çox məlumatın olduğunu bildirir".

Bununla bağlı süjetə iyunun 12-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Nilufər Məmmədli







84 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
21




































20