Müğənni Rilaya Hüseynzadə hamilədir - foto
Vaqif Mustafayev münsiflər heyətinə rəhbərlik edəcək
Müğənninin 200 milyon izləyicisi var
Tarkanın arxiv fotosu 

Facebook instagram Twitter Youtube
ARTNEWS

Musiqili Teatr yeni tamaşa hazırlayır

15-05-2018


Azərbaycan Dövlət Musiqili Teatrının yaradıcı kollektivi fransız əsilli irlandiyalı yazıçı-dramaturq, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Semuel Bekketin məşhur “Qodonun intizarında” əsəri üzərində son məşqlərini tamamlamaq üzrədir.

Muztv.az xəbər verir ki, bu əsər bir çox nüfuzlu teatr arenalarını bəzəsə də, musiqili teatrlarda heç vaxt oynanılmayıb. “Qodonun intizarı” üçün dünyada ilk dəfə simfonik musiqini məhz Əməkdar İncəsənət Xadimi, professor Fərəc Qarayev yazıb.

Hadisələrin bir məkanda və zamanda baş verdiyi pyesdə elə məqamlar var ki, həmin mərhələləri açmaq üçün onu dərk etmək lazımdır. Həssaslıqla yanaşılması tələb olunan bu tamaşada ümidsizlik məsələsini həll edib ümid vermək, mənəviyyatsızlıq məsələsini həll edib mənəviyyat verməklə, fərdiyyətdən cəmiyyətə çıxmağın yolları göstərilir, insanın varlığı, onun mahiyyəti və mahiyyətinin dərin qatları ön plana çəkilir.

Tamaşanın bədii rəhbəri sənət ocağının direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayev, quruluşçu rejissoru Mədəniyyət və İncəsənət Universitetinin magistr tələbəsi Yunis Vəlipur, tərcümə edəni Şövqi Hüseynovdur. Səhnə əsərində rolları Əməkdar artistlər Əzizağa Əzizov, Şövqi Hüseynov, aktyorlar - Əliməmməd Novruzov, Səmədzadə Xasıyev, Hüseyn Əlili, on yaşlı aktyor Hüseyn Nağıyev və başqaları ifa edəcək.

Tamaşanın quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar İncəsənət Xadimi Fəxrəddin Atayev, dirijoru Səməd Süleymanov, quruluşçu baletmeysterləri Əməkdar Artist Zakir Ağayev və Yelena Ağayeva, konsertmeysteri Nərminə Əbdürəhmanova, səhnə tərtibatçısı Qabil Gözəlov, rejissor assistenti Əliməmməd Novruzovdur.
 

67 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
21
























20