Müğənni Rilaya Hüseynzadə hamilədir - foto
Aktrisa 89 yaşında bikinidə - foto
Məşhur ulduz geyimi ilə təəccübləndirdi - foto
Müğənniyə qarşı saxtakarlıq olunub

Facebook instagram Twitter Youtube
ARTNEWS

"Bir gecənin nağılı" tamaşası təqdim olundu" -  Dövlət Kukla Teatrından reportaj

15-05-2018


Abdulla  Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında Rövşən Ağayevin eyniadlı əsəri əsasında hazırlanmış “Bir gecənin nağılı” adlı tamaşa səhnəyə qoyulub.

Muztv.az xəbər verir ki, melodrama janrında olan əsərin quruluşçu rejissoru Əməkdar Artist Vidadi Həsənovdur. Səhnəmizin sevilən aktyoru tamaşanın mövzusu ilə bağlı geniş məlumat verib:

“Hər iki gənc sosial məngənə, ailə-məişət basqısı altındadır. Qızı zorla istəmədiyi oğlana ərə vermək istəyirlər. O, evdən qaçıb, parka gəlib, gecədir. Həmin qız qərara gəlir ki, rastına çıxan oğlana evlilik təklifi etsin. Bu qızın bəxtinə də, qarşısına çıxan adi bir “mamauşağı”dır. Amma bu təsadüfü görüş onların hər ikisini dəyişir. Bundan sonrasını gəlib tamaşada izləyə bilərlər”.

Tamaşanın baş rol qəhrəmanları Ziya Ağa və Günay Əhməddir. Gənc aktyor və aktrisa bu cür  səhnə əsərlərinə izləyicilərin tələbatının nə dərəcədə olduğuna aydınlıq gətiriblər:

Günay Əhməd: “Ziya da, mən də sosial şəbəkədə tamaşanın afişasını paylaşmışdıq. Gələn tamaşaçıların çoxu oradandır”.

Ziya Ağa: “Təəssüf hissi ilə demək istəyirəm ki, teatr sahəsində marketinq yoxdur. Bu gün Azərbaycan teatrlarında öz imkanımız və dövlətin imkanı sayəsində tamaşa qurulur. Misal üçün, bir tamaşa qazanmalıdırsa, bir kotletin pulunu, amma heç kotletin çörəyinin pulunu qazana bilmir. Çünki, hazırda camaatın bu tamaşadan xəbəri yoxdur”.

İki gəncin maraqlı tanışlığının və sonrakı taleyinin əks olunduğu tamaşada regi ifaçısı Miri Yusifin mahnılarından istifadə edilməsi maraq doğurub.

Xatırladaq ki, “Bir gecənin nağılı” adlı tamaşanın işıq rəssamı Rauf Hüseynov, musiqi tərtibatı Ayşəm Həsənova, plastika Elnur İsmayılzadə, rejissor assistenti Amid Qasımov və dizayneri Sənan Əhmədovdur.

Bununla bağlı süjetə mayın 15-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Sevda Məmmədova

 











139 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
21








20