Müğənni Rilaya Hüseynzadə hamilədir - foto
Vaqif Mustafayev münsiflər heyətinə rəhbərlik edəcək
Müğənninin 200 milyon izləyicisi var
Tarkanın arxiv fotosu 

Facebook instagram Twitter Youtube
ARTNEWS

İrəvan Teatrı III Şəki Beynəlxalq teatr festivalında 

12-05-2018


“Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrasını təmin etmək məqsədi ilə bu gündən Mədəniyyət Nazirliyi, Şəki şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatı dəstəyi ilə “Sərhədsiz teatr” III Şəki Beynəlxalq teatr festivalı keçirilir. Festival Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 və milli peşəkar teatrın yaradılmasının 145 illiyinə həsr edilib.

Muztv.az xəbər verir ki, festival çərçivəsində C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı mayın 13-də Xırdalan şəhərindəki Mədəniyyət Mərkəzində görkəmli dramaturq Cəfər Cabbarlının “Vəfalı Səriyyə” tamaşası ilə çıxış edəcək.

Səhnədə rolları Əməkdar artistlər Vaqif Kərimov, Rəşid Rzayev, aktyorlar Əmrulla Nurullayev, Niyaməddin Səfərəliyev, Şəbnəm Cəbrayılova, Ruhiyyə Eyvazova, Müdvər Nemətova, Rövşən Cəfərov, Natiq Həziyev, Ceyhun Əliyev, Məmməd Zeynalov, Tural Xəlilzadə və Bəhruz Hikmətoğlu ifa edəcəklər.

Əsər ailə-məişət mövzusundadır. Burada bir-birinə səmimi hisslər bəsləyən Səriyyə ilə “student” Rüstəmin məhəbbəti ön planda təsvir olunur.

Xatırladaq ki, mayın 19-dək davam edəcək festivalda ölkəmizlə yanaşı, İran, Gürcüstan, Meksika, Kolumbiya və Rusiyanın tanınmış teatr kollektivlərinin iştirakı nəzərdə tutulur.
 
 

131 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
21
























20