Yeganəni əri efirə qoymur
Beyonsun geyimi lağa qoyuldu - foto
Mənzurə Musayeva yıxıldı
Abbas Bağırov Röya Ayxanla küsməsindən danışdı

Facebook instagram Twitter Youtube
ARTNEWS

Milli Dram Teatrı beynəlxalq festivalda təmsil olunacaq

17-04-2018


Azərbaycan Akademik Milli Dram Teatrı Konya şəhərində keçiriləcək “Min nəfəs, bir səs” Türkdilli Ölkələrin Beynəlxalq Teatr Festivalında ölkəmizi təmsil edəcək.

Muztv.az xəbər verir ki, sayca 11-ci olan nüfuzlu beynəlxalq festivalda mədəniyyət ocağının kollektivi aprelin 30-da “Cəhənnəm sakinləri” tamaşasını oynayacaq.

Bundan başqa, Milli Dram Teatrının rəhbərliyinin və truppa üzvlərinin iştirakı ilə müxtəlif işgüzar görüşlər keçiriləcək, qarşılıqlı teatr mübadiləsi üçün müzakirələr aparılacaq, aktyor və rejissorlar seminarlarda iştirak edəcəklər.

Xalq Yazıçısı Elçinin eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin müəllifi, quruluşçu rejissoru və rəssamı Xalq Artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rejissor assistenti Dilbər İsmayılova, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

Tamaşada Azər Dadaşovun musiqisindən istifadə olunub. Səhnə əsərində Xalq artistləri Məleykə Əsədova, Nurəddin Mehdixanlı, Əməkdar artistlər Elşən Rüstəmov, Mirzə Ağabəyli, aktyorlar Vüsal Mustafayev, Elçin Əfəndi, Ləman İmanova, Rüstəm Rüstəmov, Rada Nəsibova, Ramin Şıxəliyev, Xədicə Novruzlu iştirak edirlər.
 

89 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
11 Dekabr














10 Dekabr