Yeganəni əri efirə qoymur
Beyonsun geyimi lağa qoyuldu - foto
Mənzurə Musayeva yıxıldı
Abbas Bağırov Röya Ayxanla küsməsindən danışdı

Facebook instagram Twitter Youtube
ARTNEWS

Naxçıvan teatrında “Əli və Nino” səhnələşdirilir

14-04-2018


Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Qurban Səidin “Əli və Nino” romanının motivləri əsasında yazıçı-dramaturq Əli Əmirlinin qələmə aldığı eyniadlı pyesi əsasında hazırlanan tamaşanın məşqləri keçirilir.

Əsərdəki hadisələr 1914-1918-ci illərdə Azərbaycanda gedən proseslər, Rusiya inqilabı, müstəqil və demokratik Azərbaycanın qurulması və Qızıl Ordunun Bakını işğal etdiyi dövrlərin fonunda baş verir. Hadisələrin cərəyan etdiyi əsas məkan “tərəqqi etmiş” Qərb və “geridə qalmış” Şərqin qovuşduğu Bakıdır.

Romantik dram janrında olan əsərdə demokratik respublikanın məğlub olma səbəbləri göstərilir. O dövrün ictimai-siyasi məsələləri ön plana çəkilir.

Tamaşada əsas rolları ifa edən Xalq Artisti Həsən Ağasoy, Əməkdar artistlər Əbülfəz İmanov, Bəhruz Haqverdiyevlə bərabər teatrın gənc aktyorları Səyyad Məmmədov, Mehri Nəbiyeva və başqaları oynadıqları obrazları yaratmağa, xarakterini açmağa çalışırlar.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Kamran Quliyev, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əbülfəz Axundov, musiqi tərtibatçısı Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovdur.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan tamaşanın may ayının sonuna qədər teatrsevərlərə təqdim olunması nəzərdə tutulub.
 

91 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
11 Dekabr














10 Dekabr