İbrahim Tatlıses və Hülya Avşar görüşdülər - foto
Günay anasının gənclik illərini geyimlə xatırlatdı - foto
Müğənni həyat yoldaşı ilə konsertdə - foto
Gülüstan Əliyevanın dəniz kənarı fotosessiyası

Facebook instagram Twitter Youtube
ARTNEWS

İtaliyanın opera müğənnisi Bakıda çıxış edəcək

13-04-2018


Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bu il mayın 3-də Cakomo Puççininin “Madam Batterflyay” operası təqdim olunacaq.

Muztv.az xəbər verir ki, sənət ocağı ilə İtaliyanın ölkəmizdəki səfirliyinin birgə layihəsi olan səhnə əsərində əsas partiyanı - Çio-Çio-San rolunu tanınmış italyan opera müğənnisi Silvana Fraş ifa edəcək. Şarples rolunu isə Ukrayna Milli Operasının solisti, Ukraynanın Əməkdar Artisti Dmitri Qrişin canlandıracaq.

Bundan başqa, səhnə əsərində Opera və Balet Teatrının solistləri - Əməkdar artistlər Fərid Əliyev, Səbinə Vahabzadə, Əliəhməd İbrahimov, solistlər Tural Ağasıyev və Səbinə Əhmədova da iştirak edəcək.

Opera tanınmış italyan dirijoru, Makedoniya Dövlət Opera və Balet Teatrının dirijoru, professor Yakopo Sipari di Peskasseroli tərəfindən idarə olunacaq.
 

63 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
20












































19