Acun İlıcalı həmkarı Zuhal Topalı məhkəməyə verir
Müğənni Yeganə verilişdə "boğuldu" 
Elton Hüseynəliyevin xanımı ilə fotosu
Ariana Grande sevgilisindən ayrılıb

Facebook instagram Twitter Youtube
ARTNEWS

“YARAT”da canlı musiqi axşamı olacaq

12-02-2018


Fevralın 13-də “YARAT” Müasir İncəsənət Mərkəzində canlı musiqi axşamı təşkil olunacaq.

Muztv.az xəbər verir ki, musiqi axşamında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri iştirak edəcək. Kollektivin dirijoru və bədii rəhbəri Xalq Artisti Teymur Göyçayevin. Orkestrin müşayiəti ilə skripkaçı Rövşən Əmrahov da bir sıra kompozisiyalar ifa edəcək. Həmçinin proqram çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri – Xalq Artisti Gülağası Mirzəyev və Əməkdar Artist Nigar İbrahimova çıxış edəcəklər.

Xatırladaq ki, Azərbaycan Dövlət Kamera Orkestri 1964-cü ildə məşhur Azərbaycan bəstəkarları Qara Qarayevin və Fikrət Əmirovun təşəbbüsü ilə yaradılıb.

134 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Oktyabr










































17 Oktyabr