Xatirənin geyimi səs-küy yaratdı
Rəqqasə Oksana oğlu ilə gəzintidə
Əməkdar artistin makiyajsız halı - foto
Faytonçu Nazim solo konsertə hazırlaşır

Facebook instagram Twitter Youtube
ARTNEWS

Gənc Tamaşaçılar Teatrının həftəsonu tamaşaları – foto

10-02-2018


Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı həftəsonu tamaşaçılar və şəhərimizin qonaqları üçün maraqlı repertuar tərtib edib.

Muztv.az xəbər verir ki, şənbə və bazar günləri Xalq Artistləri Ağaxan Salmanlı və Yasin Qarayevin iştirakı ilə “2 gün sizinlə” layihəsi çərçivəsində “Açarını itirənlər” komediyası nümayiş olunacaq. Tamaşada Əməkdar Artist Almaz Mustafayeva və Zemfira Əbdülsəmədova da iştirak edəcək.

Teatrda, həmçinin məktəbliləri və kiçik yaşlı uşaqları da maraqlı tamaşalar gözləyir. Kollektiv fevralın 10-da “Buratinonun macəraları”, 11-də isə “Balaca və damda yaşayan Karlson” tamaşalarını nümayiş etdirəcək.

Hər iki tamaşa beynəlxalq layihə çərçivəsində Xorvatiyadan və Ukraynadan dəvət olunmuş yaradıcı heyətin iştirakı ilə hazırlanıb.

Tamaşalarda teatrın aktyorları Əməkdar Artistlər Almaz Mustafayeva, Şəfəq Əliyeva, Nəsibə Eldarova, aktyorlar Manaf Dadaşov, Asya Atakişiyeva, Elşən Çarxanlı, İlham Əsədov, Xalidə Əliməmmədova, Anar Seyfullayev, Elgün Yəhyayev, Zülfiyyə Alhüseynova, Vahid Orucoğlu, Müşfiq Əliyev, Mehriban Hüseynova və başqaları iştirak edəcəklər.
 









223 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Noyabr


15 Noyabr