Acun İlıcalı həmkarı Zuhal Topalı məhkəməyə verir
Müğənni Yeganə verilişdə "boğuldu" 
Elton Hüseynəliyevin xanımı ilə fotosu
Ariana Grande sevgilisindən ayrılıb

Facebook instagram Twitter Youtube
ARTNEWS

Parisdə Şahin Növrəslinin solo konserti olub

08-02-2018


Parisin “Le Duc des Lombards” caz klubunda Azərbaycanın Əməkdar Artisti Şahin Növrəslinin solo konserti olub.

Muztv.az xəbər verir ki, “Le Duc des Lombards” caz klubundakı solo konsertində Ş.Növrəsli “Shahin Novrasli Quartet” və “Emanation” disk-albomlarından öz bəstələrini və “Segah”, “Bayatı Şiraz” kimi caz-muğamlarını səsləndirib.

Şahin Növrəsli öz kompozisiyaları və Azərbaycan musiqisinin variasiyalarından ibarət geniş spektrli ifası ilə auditoriyanı ovsunlayıb. Onun hipnotik variasiyaları davam etdikcə improvizasiyaları daha da çətinləşib. Tamaşaçını məharətlə musiqi aləminin dərinliklərinə çəkib, onları bütövlükdə musiqiyə qərq edib. Tamaşaçılar azərbaycanlı cazmeni sürəkli alqışlarla yenidən səhnəyə dəvət edib və ondan ayrılmaq istəməyiblər.

Xatırladaq ki, Azərbaycanın Əməkdar Artisti ötən il noyabrın 14-də də Parisdə iki gün konsert vermişdi. Şahin Növrəsli bildirmişdi ki, Parisə təkcə konsert proqramına görə deyil, həmçinin yeni albomunu hazırlamaq üçün gəlib: "Yeni albomda Azərbaycan, Amerika, klassik musiqi, eləcə də özünün improvizasiyaları yer alacaq. Yeni albomunun hazırlanması üçün 2 ay Parisdə qalacağam."







175 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Oktyabr










































17 Oktyabr