Müğənni Rilaya Hüseynzadə hamilədir - foto
Səidə Sultanın videosu qalmaqal yaratdı
Aktrisa 89 yaşında bikinidə - foto
Məşhur ulduz geyimi ilə təəccübləndirdi - foto

Facebook instagram Twitter Youtube
ARTNEWS

“Qətibə İnanc” növbəti dəfə maraqla qarşılanıb - foto

05-02-2018


Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı kollektivi ilin ilk tamaşası - “Qətibə İnanc”ı tamaşaçılara təqdim edib.

Muztv.az xəbər verir ki, ikihissəli səhnə əsəri görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanının motivləri əsasında Çingiz Ələsgərli tərəfindən yeni səhnə versiyasında işlənib.

Xalq Artisti Mərahim Fərzəlibəyevin quruluşunda təqdim olunan tamaşada rolları Xalq Artisti Bəsti Cəfərova, Əməkdar artistlər Sabir Məmmədov, Kazım Abdullayev, Mirzə Ağabəyli, Elxan Quliyev, Məzahir Cəlilov, Əlvida Cəfərov, aktyorlar Rövşən Kərimduxt, Rüstəm Rüstəmov, İlyas Əhmədov, Şəhla İsmayılova, Fidan Cəfərova, aktyor Elnur Qədirov və Cümşüd Zeynalov ifa edib.

Rəsmlərinin quruluşu Əməkdar Mədəniyyət İşçisi İlham Elxanoğlu olan səhnə əsərinin musiqi tərtibatı Kamil İsmayılova məxsusdur.

Tamaşa Gəncə hakimi Əmir İnancın qızı Qətibə İnancın Şeyx Nizamiyə olan məhəbbətindən bəhs edir. Şeyx tərəfindən məhəbbəti rədd ediləndən sonra Qətibə İnancda hamıya qarşı nifrət yaranır. Bu nifrətinə görə Qətibə sevmədən Məhəmməd Cahan Pəhləvana ərə gedir.

Xatırladaq ki, ilk dəfə 1977-ci ildə görkəmli rejissor Tofiq Kazımov “Qılınc və qələm” əsərini tamaşaya hazırlayıb.









117 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
21












20