Əməkdar Artist əməliyyat olunub
Xalq Artisti konsert verəcək
Sevdanın bu fotosu tənqid olundu
Şənbə günü hava isti olacaq

Facebook instagram Twitter Youtube
ARTNEWS

Bakı Bələdiyyə Teatrının 25 illiyi qeyd olunub – foto

31-01-2018


Mədəniyyət və Turizm Nazirliyinin “Söz” ədəbi layihəsinin növbəti tədbiri çərçivəsində Bakı Bələdiyyə Teatrının 25 illiyi qeyd olunub.

Muztv.az xəbər verir ki, Muzey Mərkəzində yanvarın 30-da təşkil olunan tədbirdə respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Əvvəlcə teatrın fəaliyyətinin 25 illiyinə dair videoçarx nümayiş olunub. Sonra teatrın yaradıcı heyəti sənət ocağının tarixindən, səhnəyə qoyduğu tamaşalardan söz açıb. Bildirilib ki, ötən müddət ərzində teatr Azərbaycan və dünya klassiklərinin pyeslərini uğurla səhnələşdirib. Teatrın çətin illərində Xalq Artisti Amaliya Pənahovanın təşəbbüsü və rəhbərliyi ilə 1992-ci ildə yaradılan sənət ocağı Muxtar Avşarov, Sofiya Bəsirzadə, Məhluqə Sadıqova, Firudin Mehdiyev, Mirvari Novruzova kimi canlı klassiklərin yeni və doğma evinə çevrilib.

Qeyd edilib ki, teatrın yaradıcı kollektivi nəinki ölkəmizdə, eləcə də xaricdə bir sıra uğurlara imza atıb. Sənət ocağının beynəlxalq uğurları sırasında məşhur rejissor K.Zanussinin öz pyesi əsasında quruluş verdiyi “Qadın oyunları” tamaşası mühüm yer tutur.

Müxtəlif ölkələrin ən məşhur aparıcı sənət ocaqlarının səhnəsində çıxış edən teatrın kollektivi qardaş Türkiyədə də öz tamaşaçı auditoriyasını formalaşdırıb. Təsadüfi deyil ki, bu yaxınlarda teatrın rəhbəri, Xalq Artisti Amaliya Pənahova Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının türk dünyasının elmi və mədəniyyəti qarşısında xidmətlərinə görə Beynəlxalq Atatürk mükafatı, Bələdiyyə Teatrı isə 2016-cı ildəki uğurlarına görə türk dünyasının “İlin teatrı” mükafatı ilə təltif olunub.

Sonra yubiley tədbirində tamaşalardan fraqmentlər nümayiş etdirilib, teatrın aparıcı artistlərinin ifasında şeir və mahnılar səsləndirilib.













81 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22 İyun


































21 İyun