Müğənninin oğlu dünyaya gəldi - foto
Müğənnilər arasında buzlar əridi 
“Eurovision” təmsilçisinin bacısı ilə şəkli
Aygün Bəylər köhnə imicinə qayıtdı - foto

Facebook instagram Twitter Youtube
ARTNEWS

İsveçrənin tanınmış caz ifaçısı Bakıda çıxış edib - foto 

29-01-2018


Beynəlxalq Muğam Mərkəzində məşhur blüz və caz pianoçusu Silvan Zinggin ifasında “Boogie Woogie” musiqi janrında konsert təqdim edilib. Konsert Beynəlxalq Muğam Mərkəzi və İsveçrə səfirliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Muztv.az xəbər verir ki, konsertdən öncə İsveçrənin Azərbaycandakı səfiri Filip Ştalder tanınmış isveçrəli pianoçu Silvan Zingg haqqında geniş məlumat verib.

Diplomat bildirdi ki, ifaçının Bakıda konsertlə çıxış etmək seçimi təsadüfi olmayıb. Ötən il Bakıda keçirilən ənənəvi Beynəlxalq Caz Festivalında klassik musiqi ilə cazı bir-biri ilə uyğunlaşdırmağı bacaran isveçrəli musiqi qrupu Mats-up çıxış edib. Bu çıxışdan sonra “Boogie Woogie” üslubunda ifa edən isveçrəli musiqiçinin konsertini təşkil etmək qərarına gəldik.

Daha sonra Silvan Zingg Azərbaycanda olmasından məmnunluğunu ifadə edərək deyib: “Bakı gözəldir, çox xoşuma gəldi. Sizin musiqiniz, xüsusilə muğam və onun cazla sintezi qeyri-adidir”.

İfaçı gecədə caz blüz və “Boogie Woogie” üslubunda musiqilər səsləndirib.

Xatırladaq ki, pianoda ifa etməyə uşaq yaşlarından başlayan Silvan Zingg bu günə qədər İsveç, Almaniya, Lixtenşteyn, Avstriya, Fransa, İtaliya, Hollandiya, Belçika, İspaniya, İngiltərə, ABŞ, Kanada, Hindistan, Ərəb Əmirlikləri, Çin, Rusiya, Meksika və digər xarici ölkələrdə konsert proqramları ilə çıxış edib. İfaçı bir çox məşhurlarla eyni səhnəni bölüşüb. 
 









145 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22


















21