Samir Piriyev imicini dəyişib - foto
Dünya üzrə ən çox Anar Ağakişiyev axtarıldı
Gülüstan Əliyeva arxiv fotosunu paylaşıb
Cavanşir Məmmədova ağır itki

Facebook instagram Twitter Youtube
ARTNEWS

Konsert Qara Qarayevin xatirəsinə ithaf ediləcək

29-01-2018


Görkəmli bəstəkar, Xalq Artisti Qara Qarayevin 100 illiyi çərçivəsində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert proqramları təqdim olunacaq.

Muztv.az xəbər verir ki, konsertlər Mədəniyyət və Turizm Nazirliyi və Filarmoniyanın təşkilatçılığı ilə gerçəkləşəcək. İlk konsert proqramı fevralın 5-də təşkil ediləcək. Xalq Artisti Rauf Abdullayevin bədii rəhbərliyi və Əməkdar İncəsənət Xadimi Elşad Bağırovun dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək.

Növbəti konsert proqramı isə fevralın 6-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının nəzdində olan kamera və orqan musiqi zalında reallaşacaq. Konsert Xalq Artisti Teymur Göyçayevin dirijorluğu ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında musiqilərlə müşayiət olunacaq.

31 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
19 Fevral












































18 Fevral