Samir Piriyev imicini dəyişib - foto
Dünya üzrə ən çox Anar Ağakişiyev axtarıldı
Gülüstan Əliyeva arxiv fotosunu paylaşıb
Cavanşir Məmmədova ağır itki

Facebook instagram Twitter Youtube
ARTNEWS

Arzu Əliyevanın filmi Los-Ancelesdə nümayiş olunub – foto

23-01-2018


Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş və Arzu Əliyevanın baş prodüseri olduğu “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi Los-Ancelesdə yerləşən, ABŞ-ın ən böyük və məşhur tibb mərkəzlərindən olan Cedars-Sinai Tibb Mərkəzində nümayiş etdirilib.

Muztv.az xəbər verir ki, Azərbaycanın Los Ancelesdəki baş konsulluğunun təşəbbüsü və dəstəyi ilə keçirilmiş tədbirdə tanınmış həkimlər, xarici ölkələrin baş konsulları, elm və mədəniyyət xadimləri, yerli KİV nümayəndələri, Azərbaycan, yəhudi və digər icmaların fəalları iştirak ediblər.

Tədbiri açan Cedars-Sinai Tibb Mərkəzinin tanınmış kardioloqu İzhar Xaruzi sözügedən filmin tarixi-ictimai yaddaşın qorunması, İkinci Dünya müharibəsinin geniş ictimaiyyətə məlum olmayan tərəflərinin işıqlandırılması baxımından yüksək önəm daşıdığını bildirib.

Çıxışlardan sonra filmin nümayişi keçirilib. Film tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Daha sonra baş konsul qonaqları maraqlandıran sualları cavablandırıb.
 











41 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
19 Fevral












































18 Fevral