Samir Piriyev imicini dəyişib - foto
Dünya üzrə ən çox Anar Ağakişiyev axtarıldı
Gülüstan Əliyeva arxiv fotosunu paylaşıb
Cavanşir Məmmədova ağır itki

Facebook instagram Twitter Youtube
ARTNEWS

Sofiyada Azərbaycan film gecəsi - foto 

22-01-2018


Sofiyanın Kino Evində Menar Film Festivalı çərçivəsində Azərbaycan kinosunun 120 illik yubileyi ilə əlaqədar filmi gecəsi təşkil olunub.

Muztv.az xəbər verir ki, tədbir ölkəmizin Bolqarıstandakı səfirliyi və Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə Milli Məclisin deputatı Ağacan Abıyev, İvan Vazov adına Milli Teatrın direktoru Marius Donkin, Milli Təbiət Tarixi Muzeyinin direktoru Nikolay Spasov, Bolqarıstan Xalq Məclisinin əməkdaşları, bu ölkənin dövlət və özəl qurumları və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, aparıcı QHT və KİV nümayəndələri, Bolqarıstanda akkreditə olunan diplomatik missiyaların rəhbərləri, “Azərbaycanın dostları” Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələri və Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Sofiya şəhərinin meri Yordanka Fandıkova tədbir iştirakçılarına təbrik məktubu ünvanlayıb.

Tədbirdə ölkəmizin Bolqarıstandakı səfiri Nərgiz Qurbanova çıxış edərək bu il Azərbaycan tarixində bir sıra yubileylərlə əlamətdar olduğunu söyləyib.

Səfir mövcudluğu ərzində Azərbaycan kinematoqrafiyasının saysız bədii, sənədli və cizgi filmləri istehsal etdiyini və bu filmlərin nəinki yerli auditoriya, eləcə də xarici kinosevərlər tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

N.Qurbanova festival çərçivəsində nümayiş olunacaq rejissor İlqar Nəcəfin “Nar bağı” filminin süjet xətti və beynəlxalq arenada uğurları barədə məlumat verib.

Sonra “Nar bağı” filmi nümayiş olunub.













36 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
19 Fevral












































18 Fevral