Əməkdar artist həmkarlarını albom hazırlamağa səslədi
Cennifer Lopesin anasını yumruqla vurdular - foto
Adriana Lima və Metin Hara ayrılmadılar
Nəsrin Cavadzadənin geyimi diqqət çəkdi - foto 

Facebook instagram Twitter Youtube
ARTNEWS

“Leyli və Məcnun” 110 ildir səhnədə - foto

22-01-2018


Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası növbəti dəfə nümayiş olunub.

Muztv.az xəbər verir ki, sözügedən operanın 110 illiyi çərçivəsində təqdim edilən səhnə əsərində Məcnun obrazını Xalq Artisti Məsum İbrahimov, Leyli rolunu isə gənc xanəndə Arzu Əliyeva canlandırıb.

Səhnə əsərində Xalq Artisti Sabir Əliyev, Əməkdar artistlər Cahangir Qurbanov, Təyyar Bayramov və teatrın solistləri Afaq Ağayeva, Elnur Zeynalov, Aytən Məhərrəmova, Taleh Yahyayev, Nəzər Bəylərov və Vüqar Əliyev iştirak ediblər.

Opera Əməkdar İncəsənət Xadimi Sevil Hacıyeva tərəfindən idarə olunub. Maraqlı, zəngin səhnə dekorasiyası və aktyorların məharətli çıxışı səhnə əsərini daha da baxımlı edib, tamaşa maraqla qarşılanıb.

Müsəlman Şərqində ilk opera sayılan “Leyli və Məcnun” ilk dəfə olaraq dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən 1908-ci ildə qələmə alınıb.

Opera elə həmin ilin yanvarın 12-də ilk dəfə səhnəyə qoyulub. Ölməz bəstəkarın bu ölməz əsəri 110 ildir ki, Opera və Balet Teatrının repertuarındadır.
 













333 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti