Türkiyəli modellər Bakıya gəlirlər
Sağalan Namiq konsertə hazırlaşır
Elçin bunu ilk dəfə etdi – foto
“Eurovision-2018” üçün mahnımız İngiltərədə hazırlanır

Facebook instagram Twitter Youtube
ARTNEWS

Bakıda Beynəlxalq Muğam Simpoziumu keçiriləcək

22-01-2018


“Muğam ənənəsi elm və incəsənət qovşağında” mövzusunda beynəlxalq Muğam simpoziumu keçiriləcək

Muztv.az xəbər verir ki, bu il martın 7-10-da Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə “Muğam ənənəsi elm və incəsənət qovşağında” mövzusunda Beynəlxalq Muğam Simpoziumu keçiriləcək.

Simpoziumda aşağıdakı bölmələr üzrə məruzələrin dinlənilməsi nəzərdə tutulub:

· Muğam Şərq lad sisteminin milli interpretasiyaları;

· Muğam mətnlərinin estetik və narrativ semantikası;

· Vokal – instrumental muğam mətnlərinin dil və ritmik özəllikləri;

· Azərbaycan muğam-dəstgahının konseptual mahiyyəti;

· Muğam ifasının psixoloji təsir qüvvəsinin qaynaqları və musiqiterapiya;

· Muğam – makam ifaçılıq ənənəsi multikultural dünyanın təmas nöqtəsi kimi;

· Muğam yaradıcılığında bədiiliyin elmi və elmin bədii əsasları;

· Muğamın inkişaf yolları – tarix və müasirlik.

Simpoziumun açılış yığıncağı AMEA-nın Əsas binasında təşkil olunacaq.

35 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Fevral
















17 Fevral