Müğənni Rilaya Hüseynzadə hamilədir - foto
Səidə Sultanın videosu qalmaqal yaratdı
Aktrisa 89 yaşında bikinidə - foto
Məşhur ulduz geyimi ilə təəccübləndirdi - foto

Facebook instagram Twitter Youtube
ARTNEWS

Teatr beynəlxalq festivala hazırlaşır

18-01-2018


Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı (ADGTT) növbəti səfərə hazırlaşır. Teatr bu dəfə yanvarın 18-dən 25-dək Tehranda 36-cı Fəcr Beynəlxalq Teatr Festivalında iştirak edəcək.

Muztv.az xəbər verir ki, sənət ocağı sözügedən festivala teatrın direktoru Əməkdar İncəsənət Xadimi Mübariz Həmidovun rəhbərliyi ilə 8 nəfərlik heyətlə qatılacaq.

Teatr festivalda “Cəza” təkadamlıq oyun tamaşasını nümayiş etdirəcək. Psixofizioloji gərginlikdən yoğrulmuş yeni səhnə təcəssümü – “Cəza” monotamaşasında yaradıcı heyət (müəllif – Tamara Vəliyeva, quruluşçu rejissor Əməkdar İncəsənət Xadimi Mehriban Ələkbərzadə, aktyor Əməkdar Artist Kəmalə Hüseynova) seyrçilər üçün elə bir mənzərə yaradır ki, sanki uzun bir teleseriala baxırsan. Xoşbəxt və bədbəxt bir qadının hər iki anlamda tale mənzərəsi, onun simasında silsilə obrazlar, onların məram və məqsədləri, əxlaqi-sosial keyfiyyətləri, həyati davranış tərzləri, xarakterləri insanlığa – bəşəriyyətə münasibətləri göz önündə canlanır.

92 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
21












20